Ölkədə qiymət artımı gözlənilir
Ölkə
12 Oktyabr 2017 21:22

Ölkədə qiymət artımı gözlənilir


"Aksiz vergilərin artırılması qiymət artımlarına gətirib çıxardacaq.

Metbuat.az-ın məlumatına görə, bəzi aksiz vergilərinin artırılmasının gündəmdə olması belə deməyə əsas verir.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bəzi aksiz vergilərinin artırıla biləcəyini istisna etməyib:

"Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Bilirsiniz ki, manatın devalvasiyasından sonra bugünkü mövcud vəziyyət həqiqətəuyğun deyil".

DGK sədri deyib ki, tütün məmulatları, spirtli içkilərə tətbiq olunan aksiz vergisi artırıla bilər:

"Bilirsiniz ki, ölkəmizdə bu sahədə kifayət qədər müəssisələr fəaliyyət göstərir. Bizim əsas vəzifələrimizdən biri də daxili istehsalı qorumaqdır".

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, xüsusi aksiz markaları tətbiq olunarsa və yaxud da aksiz vergiləri artırılarsa, bu, istehlak bazarında qiymət artımlarına gətirib çıxardacaq:

"Nəzərə alsaq ki, Azərbaycan tütün və spirtli içkilərə olan tələbatın əhəmiyyətli hissəsini məhz idxal hesabına ödəyir, o baxımdan, idxala tətbiq edilən aksiz vergilərin artırılması nəticədə qiymət artımlarına gətirib çıxardacaq". / Sputnik

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08