Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR - VİDEO
Ölkə
12 Oktyabr 2017 21:24

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR - VİDEO


Ali məktəblərin magistratura və doktorantura pilləsində oxuyanlara da tələbə krediti veriləcək. Bu, tələbə kredit fonduna daha çox maliyyə cəlb etməklə mümkün olacaq. Bu məqsədlə "təhsil haqqında" qanuna dəyişikliklər ediləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, magistratura və doktorantura pilləsində oxuyanlara da tələbə krediti veriləcək. Bununla bağlı olaraq "Təhsil haqqında" qanuna dəyişikliklər ediləcək.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin sözlərinə görə,bu prosesin tənzimlənməsi üçün Təhsil , Gənclər və İdman Nazirliklərindən, Milli Məclisin Gənclər və idman komitəsindən müraciətlər daxil olub. Hazırda bu istiqamətdə işlər aparılır. Hətta ola bilər ki, bununla bağlı yeni qanun layihəsi də hazırlansın.
Yeni maliyyə mənbələrinin tapılması ilə təhsil haqlarını ödəyə bilməyən tələbələrin problemləri həll ediləcək.Yeni qanun layihəsi Tələbə kredit fonduna daha çox maliyyə cəlb etməyə imkan verəcək.
"Təhsil haqqında" qanuna ediləcək dəyişikliklərin bu ilin sonuna kimi plenar iclasa çıxarmaq nəzərdə tutulub.Yeni qanun layihəsi isə gələn il paramentdə müzakirəyə çıxarılacaq.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...