Rəvayi təfsir nədir?
Ölkə
12 Oktyabr 2017 21:24

Rəvayi təfsir nədir?


Təfsirlər adətən əqli və nəqli növlərə bölünür. Əqli təfsirləri bəzən rəyə əsaslanan, nəqli təfsirləri isə rəvayi adlandırırlar. Əqli təfsirdə müəllif əqli elmlərə (kəlam, fəlsəfə və s.) və öz ictihadına əsaslanır.

Milli.Az islam.az-a istinadən bildirir ki, nəqli təfsirlərdə isə bir qayda olaraq müəllif öz rəyini bildirməkdən çəkinir, əqli elmlərə müraciət etmir, hər ayəni hədislərin köməyi ilə şərh etməyə çalışır. Bu cür təfsirlər müəyyən ayələr barədə buyurulmuş hədislərin ardıcıl düzülüşündən ibarət olur. Rəvayi təfsirlər əksərən əxbari əqidəli müəlliflər tərəfindən qələmə alınmışdır. Çünki əxbari alimlərin əqli elmlərə və ictihada münasibəti mənfi idi. Rəvayi təfsirlərə nümunə kimi Bəhraninin "əl-Bürhan", Həvizinin "Nur əl-səqəleyn", Kaşaninin "Minhac əl-sadiqin", Feyz Kaşaninin "əl-Safi" təfsirlərini göstərmək olar.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...