1960-cı illərdən bu yana Türkiyə və ABŞ arasındakı böhranlar
Maraqlı
12 Oktyabr 2017 22:14

1960-cı illərdən bu yana Türkiyə və ABŞ arasındakı böhranlar


ABŞ və Türkiyə ilk dəfə qarşılıqlı olaraq viza xidmətlərini dayandırıb.

İki ölkə arasındakı son gərginlik Washington-Ankara xəttində daha əvvəl da yaşanan problemləri xatırladıb.

Türkiyənin Washington-dakı keçmiş səfiri və Xarici İşlər Nazirliyinin keçmiş müşaviri Faruk Loğoğlu, 1 mart məktubu və "çuval hadisəsi" əsnasında ABŞ ilə yaşanan gərginliyin şahidi olub.

BBC Türkcəyə müsahibəsində Loğoğlu, iki ölkə arasındakı münasibətlərdə bu günə qədər yaşanan 6 böhranı və son viza gərginliyini gözdən keçirib.

Kuba Mərmi Böhranı

küba füze krizi

1962-ci ilin oktyabrında baş verən "Kuba Mərmi Böhranı", Soyuq Müharibənin iki aparıcı gücü ABŞ və Sovet İttifaqını nüvə savaşının astanasına gətirmişdi.

Kuba üzərində uçan U2 təyyarələrinin burada nüvə başlıqlı mərmilər kəşf etməsindən sonra, ABŞ prezidenti John F. Kennedy bildirmişdi ki, Sovet İttifaqının Kubanı nüvə silahı ilə təmin etdiyi təqdirdə çox böyük bir problem yaşanacaq.

Tərəflər bir müddət qarşılıqlı ittihamlar etsələr də, ABŞ və Sovet İttifaqının qarşılıqlı danışıqlarının sonunda gəlinən nəticə, Türkiyəni də böhranın bir hissəsinə çevirmişdi.

Sovet İttifaqı Kubadan nüvə silahlarını çıxaracağını, amma əvvəlcə ABŞ-ın Türkiyə və İtaliyadakı nüvə başlıqlarını da geri çəkmək məcburiyyətində olduğunu bildirmişdi.

Faruk Loğoğluna görə, böhran əsasında ABŞ və Sovet İttifaqı arasında Türkiyədən silahların yığılması ilə bağlı qərarın "Ankaranın xəbəri olmadan verilməsi" dururdu.

1964 - Johnson Məktubu

Lyndon Johnsson

ABŞ-ın 36-cı prezidenti Lyndon B Johnson, 5 iyun 1964-cü ildə dövrün baş naziri İsmet İnönüyə yolladığı məktubda, Türkiyənin Kiprdə hərbi əməliyyat təşkil edəcəyindən xəbərdar olduğunu və bundan keçirdiyi narahatçılığı yazırdı.

Faruk Loğoğluna görə, ABŞ-ın hərbi əməliyyatının qarşısını almaq üçün göndərdiyi məktubda əsas mesaj "Qarşınızda Sovet İttifaqı dayanarsa, biz yanınızda olmayacağıq" vurğusu idi.

İsmet İnönünun cavabı isə belə olmuşdu: "Yeni bir dünya qurular. Türkiyə də o dünyada öz yerini tutar."

Hürriyet gazetesi

Məktubda Johnson kəskin bir dillə Türkiyənin danışıqlara başlamasını tələb etmişdi. Əks təqdirdə "NATO və BMT Təhlükəsizlik Şurasından təcili iclası çağırmaq məcburiyyətində qalacağını" bildirmişdi.

Loğoğlu deyir ki, Türkiyə bu böhrandan sonra, NATO-dan daha az asılı olan siyasət yürütməyə başlayıb.

1974 - Xaşxaş əkininin yenidən başladılması

Bülent Ecevit

Faruk Loğoğlunun diqqət çəkdiyi başqa bir böhran 1974-cü ildə baş nazir Bülent Ecevitin xaşxaş əkininə yenidən start verməsi ilə başlayan problemdir.

Amerikada narkotik vasitələr artan bir dövrdə, Türkiyə də qaçaqmalçılıqda ittiham olunan ölkələr arasında idi.

1971-ci ildə xaşxaş əkinini tamamilə qadağan edən Türkiyənin 3 il sonra əks qərar verməsi, Washington ilə münasibətlərdə gərginlik yaratmışdı.

"Ayrılıqda qərar əlbəttə ki, müzakirə edilə bilər, amma Bülent Ecevit Türkiyənin duruşunu göstərmişdi," Loğoğlu deyir.

O xatırladır ki, əldə edilən məhsulların beynəlxalq standartlara cavab verməsi üçün atılan addımlarla yanaşı böhran, münasibətlərə qalıcı xələl gətirmədən həll edilmişdi.

1974 - İncirlikdən istifadənin təxirə salınması

incirlik

Adana vilayətində yerləşən İncirlik hərbi bazası, Soyuq Müharibə dövründə ABŞ-ın Sovet İttifaqına qarşı əsas əməliyyat mərkəzlərindən biri idi. ABŞ ilə Türkiyənin müttəfiqlik münasibətlərində isə mühüm danışıqlar üçün açar rolunu oynayırdı.

ABŞ 1974-cü ildə Kipr Hərəkatından sonra, Türkiyəyə silah embarqosu tətbiq etməyə qərar verdi.

Türkiyə ölkə sərhədləri içində ABŞ-ın İncirlik Bazası və digər bazalardan istifadəsini təxirə salaraq, onların idarəsini Türk Silahlı Qüvvələrinə (TSQ) təhvil verdi.

Bülent Ecevit isə 2002-ci ildə Hüriyyet qəzetinə verdiyi müsahibəsində demişdi: "Qadağan edici münasibətlərinə baxmayaraq, xaşxaş istehsalını müəyyən şərtlər əsasında başlatmamız ABŞ-a təsir etmişdi. Konqresin embarqosu əslində Kipr yox, xaşxaş ilə bağlı idi. Sonradan Kiprlə ört-basdır edildi."

Bu baza, Orta Şərqdə özünü İslam Dövləti adlandıran qrupa (İD) qarşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi koalisiya üçün mühüm mövqe oynayır.

2003 - 1 Mart Məktubu

Irak savaşı

Faruk Loğoğlu, Washingtonda səfir kimi vəzifədə olduğu müddətdə ABŞ-ın İraqı işğalı zamanı 1 mart məktubunun yaxından şahidi olub. O, bu qərarın hər iki ölkə arasında ən çox iz buraxan bir məsələ olduğunu düşünür.

Həmin dövrdə türk əsgərlərinin xarici ölkələrə göndərilməsi və xarici silahlı qüvvələrin Türkiyəyə yerləşdirilməsi ilə bağlı məktub, Türkiyə Büyük Millet Meclisindən (TBMM) keçməmişdi.

Loğoğluya görə, ABŞ bu dövrdə məktubun TBMM-dən keçəcəyini zənn edirdi. Məktub çərçivəsində İskenderuna yöndləndiriləcək əsgərlər, nəqliyyat və gəmilərin silah daşıması üçün təxminən 200 milyon dollar ayrılmışdı.

cumhuriyet 1 mart kapağı

"Mən səfir idim. 'Başqa bir qərar da verilə bilər' deyə onlara xəbərdarlıq etdiyim yadımdadır. 'Türkiyə parlamentli bir dövlətdir və buna görə də gözləməyə dəyər' demişdim. ABŞ bununla belə, Aralıq dənizinin şərqini Amerika gəmiləri ilə doldurdu. Amma nəticə gözlənilən kimi olmadı.

"ABŞ, məktub qərarından sonra, çarəsiz qalmadığını göstərmək üçün İraqa cənubdan girmişdi. Lakin məktubun TBMM-dən keçməməsi həm ABŞ ordusunda, həm də ABŞ Konqresində mənfi izlər buraxıb."

Çuval hadisəsi

2003-cü il iyulun 4-də İraqın Süleymaniyə şəhərində Amerika əsgərləri Xüsusi Qüvvələr Komandirliyinə tabe zabitlərin yerləşdiyi qərargaha basqın təşkil edir. Buradakı türk əsgərləri isə başlarına çuval keçirilərək sorğu üçün Bağdada aparılır.

"Mən bu mövzunun araşdırılması üçün bir komissiya yaradılmasını məsləhət bildim, ancaq biz Washington olaraq məsələdən uzaqlaşdırıldıq və hadisələr Türkiyə Xarici İşlər Nazirliyi və Ankara səfirliyi tərəfindən ələ alındı. Türkiyə də inadcıl davranmadı," Loğoğlu deyir.

cuval olayı

Son problemi necə dəyərləndirmək olar?

Türkiyənin Washington-dakı keçmiş səfiri və Xarici İşlər Nazirliyinin keçmiş müşaviri Faruk Loğoğlu, ABŞ-ın immiqrasiya məsələlərindən savayı digər viza xidmətlərini təxirə salması ilə bağlı son qərarının bir ilk olduğuna diqqət çəkir.

Ona görə qərar, "başdan-başa səhv və ağırdır".

"ABŞ-ın yanaşması əsassız və gərəksizdir. Həbs olunan insanlar türk vətəndaşlarıdır," deyir Loğoğlu.

Onun sözlərinə əsasən, bundan ən çox ziyan görən, mövzu ilə əlaqəsi olmayan on minlərlə vətəndaş olacaq.

"Qərarın əsasını anlamaq çətindir. Elə bir vəziyyətdir ki, bundan çıxmaq həm asan, həm də çətin olacaq. 'Qarşılıqlı viza müraciətləri yenidən qüvvəyə minib' demək, işin asan tərəfidir. Lakin bu, üst-üstə yığılan məsələlərin davamıdır. İraq, Suriya, YPG-PYD, ABŞ vətəndaşlarının həbsi, məhkəmələr... Münasibətlər son həddə gəlib çatıb. ABŞ isə yanlış düyməyə basdı."

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08