İmam Səccad xəlifənin dünya barədə təklifinə nə cavab verdi?
Ölkə
12 Oktyabr 2017 23:24

İmam Səccad xəlifənin dünya barədə təklifinə nə cavab verdi?


İmam Baqir (ə) buyurur: "Əbdülməlik Mərvan Allahın evini təvaf edirdi. Atam da onun qarşısında təvaf edirdi. Mərvan soruşur: "Bu kimdir ki, məndən qabağa düşmüşdür?". Dedilər: "İmam Zeynəlabidin Əli ibni Hüseyndir (ə)". Deyir: "Onu qaytarın". İmamı (ə) qaytarırlar və Mərvan deyir:" Ey Əli ibni Hüseyn! Mən sənin atanı öldürən kəs deyiləm. Bəs sənə nə mane olur ki, mənim yanıma gələsən?".

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam (ə) buyurur: "Həqiqətən də atamı öldürən etdiyi əmələ görə dünyasını özü üçün məhv etdi və atam da axirəti onun üçün məhv etdi. Əgər istəyirsənsə, onun kimi ol".
Mərvan deyir: "İstəmirəm, ancaq bizim yanımıza gəl ki, bizim dünyamızdan bir şey əldə edəsən".
İmam (ə) bu sözləri eşidən zaman əyləşir və cübbəsini açıb buyurur: "Allahım! Yaxın dostlarının hörmətini ona göstər!".
Mərvan ona baxan zaman gördü ki, cübbəsi nurlu qapılarla doludur ki, nuru Bəsrəyə qədər əsər qoyur.
İmam (ə) buyurur: "O kəsin ki, hörməti buna yaxın olar, sənin dünyana nə hacəti olar?". Sonra dua edir: "Allahım, geri al ki, mənim ona hacətim yoxdur". Həmin nurlu qapılar yoxa çıxır".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...