Arif Quliyev “Maşın şou”dan getdi - VİDEO - FOTO
Şou-Biznes
13 Oktyabr 2017 0:04

Arif Quliyev “Maşın şou”dan getdi - VİDEO - FOTO


12-ci mövsümdür yayımlanan "Maşın şou"da iştirak edən xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə verilişin aparıcısı Murad Dadaşov məlumat verib.

M. Dadaşovun sözlərinə görə, günorta vaxtı studiyada A. Quliyevin səhhətində ciddi problem yaranıb və dərhal təcili yardım çağırılıb. Həkimin ilkin müayinəsindən sonra onun əsəb gərginliyi ilə əlaqədar təzyiqinin qalxdığı bildirilib.

Xalq artistinin səhhəti ilkin tibbi müdaxilədən sonra stabilləşib. Verilişin təşkilatçıları aktyoru xəstəxanaya yerləşdirmək istəsələr də, o bundan imtina edib və evinə aparılmasını istəyib.

Həkimlər Arif Quliyevin səhhəti ilə əlaqədar yarışmada davam edə bilməyəcəyini deyib. Buna görə də o, verilişdə iştirakını dayandırıb.

Milli.Az



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08