Millət vəkili AŞPA-da səsləndi
Digər
13 Oktyabr 2017 0:27

Millət vəkili AŞPA-da səsləndi


Oktyabrın 12-də millət vəkili Qənirə Paşayeva AŞPA-da İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumu ilə bağlı müzakirələrdə çıxış edib. Lent.az-ın xəbərinə görə, Q.Paşayeva Avropa ölkələrinə çağırış edib və ölkələrin ərazi bütövlüyünün qorunmasının ən vacib məsələ olduğunu deyib: “Kataloniyada keçirilən müstəqillik referendumunun nəticəsində ortaya çıxan gərginliyin İspaniyanın ərazi bütövlüyü, konstitusiyası, beynəlxalq hüquq çərçivəsində həll edilməsini dəstəkləyirik. AŞPA-ya üzv dövlətlərin ərazi bütövlüyünün prinsipial və qeyd-şərtsiz dəstəklədiyimizi və ortaya çıxan bu cür məsələlərin də ancaq ölkələrin ərazi bütövlüyü qorunaraq həll edilə biləcəyini buradan açıq şəkildə ifadə etməyimiz lazımdır. Çünki "Bölücü hərəkətlərin" güc qazanması Avropanın və dünyanın gələcəyi üçün çox ciddi bir təhdid ola bilər”.

 

Millət vəkili qeyd edib ki, Assambleyanın ilk günü Ermənistan heyətinin bəzi üzvləri çıxışlarında Kataloniyadakı hadisələri öz məqsədləri üçün istifadə etməyə, onları örnək göstərərək  Ermənistanın Qarabağdakı işğalçılıq siyasətini haqlı göstərməyə çalışıblar: “Bu, çox üzücü və narahatverici bir durumdur. Biz burada bu cür cəhdlərə, bu təhlükəli addımlara izn verməməliyik. Çünki Qarabağ probleminin Kataloniyada yaşananlarla heç bir bənzərliyi yoxdur. Qarabağ məsələsi Erməsnitanın Azərbaycan torpaqlarını işğal etməsi və bu işğalı davam etdirməsindən qaynaqlanan bir məsələdir. AŞPA-nın qəbul etdiyi 1416 saylı qərarda da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi xüsusi və açıq şəkildə vurğulanmaqdadır. Ermənistan ilk öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarını qızışdırıb, sonra onları silahlandırdı, sonra da Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20%-ni işğal etdi”.

 

Q.Paşayeva qeyd edib ki, ölkələrin ərazi bütövlüyü məsələsində ikili standartlara yol verilməməlidir və separatçı fəaliyyətlərin çox ağır nəticələrə gətirib çıxara biləcəyi  unudulmamalıdır.

 

Millət vəkili İspaniyaya bu məsələdə açıq dəstək verməli olduğunun vacibliyini qeyd edib: “O üzdən İspaniyaya bu məsələdə açıq dəstək verməliyik. Kataloniyada keçirilən referenduma gəlincə bu referendumu dəstəkləməyən insanların sayı da az deyildir. Biz onların yürüşünü də mediadan izlədik. Biz burada onların da səslərini dinləməliyik. Bu məsələnin ədalətli şəkildə həlli üçün məsələnin İspaniyanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına ehtiyac var. Bu məsələdə də AŞPA-nın daha fəal rol oynaması məsələnin ədalətli şəkildə həllinə öz töhfəsini verə bilər. Kataloniyada referendum səbəbindən İspaniyadakı gərginliyin və toqquşmalar risqinin artması böyük bir faciəyə səbəb ola bilər. Bu gərginliyi azaltmaq və ola biləcək faciələrin qarşını almaq üçün buradan ciddi mesajların verilməsi və məsələnin həlli istiqamətində addımların atılmasına ehtiyac var. Bizim bu müzakirələri AŞPA ölkələrində və ondan kənarda bir çox bölücü hərəkatlar da izləyir. Buradan onlara doğru mesaj verilməlidir. Bütün məsələlər dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və biz ancaq bunu dəstəkləyəcəyik. Əks halda Avropa və dünya üçün çox ciddi problemlərin yaxın gələcəkdə şahidi olacağıq”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05