Naser Əl-Xəlaifi korrupsiyada ittiham olunur
İdman
13 Oktyabr 2017 3:34

Naser Əl-Xəlaifi korrupsiyada ittiham olunur


PSJ prezidenti Naser Əl-Xəlaifinin adı dünya çempionatının teleyayım hüquqlarına sahib çıxmaq üçün korrupsiyada hallanır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qətərli iş adamının "BeIN Media Group" kompaniyası tərəfindən 2018, 2022, 2026 və 2030 mundiallarının teleyayım hüququna qeyri-qanuni yollarla sahib çıxması ehtimal olunur. Artıq İsveçrə Federal Prokurorluğu ona qarşı iş açıb. Bu işdə FİFA-nın sabiq baş katibi Jerom Valkenin adı da hallanır. Valkenin özü ötən həftə dindirilib. Onun Fransa, Yunanıstan, İtaliya və İspaniyada yerləşən mülklərində isə axtarış aparılıb.

2016-cı ilin sentyabrında Valke istefaya göndərilmişdi.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...