Azərbaycan Belarusdan 4 milyon dollar məbləğində dərman preparatları alacaq
Ölkə
13 Oktyabr 2017 4:31

Azərbaycan Belarusdan 4 milyon dollar məbləğində dərman preparatları alacaq


Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Belarusun Borisovski dərman preparatları zavodu ilə 4 milyon dollar məbləğində dərman tədarükü barədə müqavilə imzalayıb.
“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə “Belfarmprom” holdinqinin idarəetmə şirkəti” respublika unitar müəssisəsinin baş direktor müavini Viktor Şein məlumat verib.
Müqavilə sentyabrın 28-dən 30-dək “Baku Expo Center” keçirilən XXIII Azərbaycan beynəlxalq səhiyyə sərgisinin yekunu üzrə imzalanıb.
Həmin zaman Belarus nümayəndə heyətinə səhiyyə naziri Valeri Malaşko rəhbərlik edib.
"Sərgi çərçivəsində Azərbaycana dərman preparatlarının satışı üzrə müqavilələr imzalanıb. Dəyəri 4 milyon dollar olan ən çox müqavilə “Borisovski dərman preparatları zavodu” ASC-nin direktoru ilə imzalanıb", - deyə Viktor Şein əlavə edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08