Beren Saatla mübahisə edən Kənan Doğulu küçədə bağırdı - FOTO
Maraqlı
13 Oktyabr 2017 7:54

Beren Saatla mübahisə edən Kənan Doğulu küçədə bağırdı - FOTO


Kənan Doğulu dünən yemək yediyi restoranın işçilərinə küçədə bağırıb.

Milli.Az xəbər verir ki, ifaçı Kilizada qardaşı Ozan Doğulu ilə yemək yeyib. Kənan Doğulu saat 23:00-da restorandan çıxmaq istəyəndə qapının ağzında jurnalistlərin olduğunu görüb və məkana yenidən qayıdıb. Özündən çıxan müğənni ofisiantlara "Mənim burda olduğumu müxbirlərə kim xəbər verib?" deyərək bağırıb.

Jurnalistlərin suallarına cavab vermək istəməyən ulduz köməkçisinə zəng edərək arxa qapıya iki maşın gətirmələrini xahi edib. Ulduz saat 02:10-da mətbəx qapısından çıxmalı olub. Buna baxmayaraq, yenə də papratsilərin əlindən xilas ola bilməyib.

İddialara görə, Kənan Doğulunun gecə boyu əhval-ruhiyyəsi pis olub, ayaq üstə durmaqda çətinlik çəkib. Səbəb kimi müğənninin 3 illik həyat yoldaşı Beren Saat ilə mübahisə etməsi irəli sürülüb. (publika.az)

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08