Robot it hazırlanır
Maraqlı
13 Oktyabr 2017 8:24

Robot it hazırlanır


Yaponiyanın məşhur "Sony" şirkəti yenidən robot texnologiyaların istehsalına başlayacaq. 12 illik fasilədən sonra şirkət süni intellektə malik robot iti təqdim etməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, təkmilləşdirilmiş formada hazırlanan robotu internet şəbəkəsinə qoşmaq mümkün olacaq. Tərtibatçıların sözlərinə görə, robot canlı heyvanın xarici görünüşünü xatırladacaq dərəcədə incə strukturlarla işlənəcək.
Robototexnika sahəsinə qayıdan "Sony" şirkəti hazırlanacaq robot itin proqram təminatı şifrəsinin açıq olacağını və sahiblərinin robotun beyninə istənilən informasiyaları yükləyə biləcəklərini elan edib.

2018-ci ildə satışa çıxarılacaq robot it üzərində çalışan komanda ilk dəfə Aibo adlı robot iti hazırlayan mütəxəssislərdən ibarətdir. (publika.az)

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08