Misir OPEC+ anlaşmasına qatılmayacaq
İqtisadiyyat
13 Oktyabr 2017 10:11

Misir OPEC+ anlaşmasına qatılmayacaq


Bakı. 13 oktyabr. REPORT.AZ/ Misir neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasına qatılmayacağını açıqlayıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama Misirin baş naziri Şərif İsmayıl tərəfindən verilib.
Ş.İsmayıl bildirib ki, Misir demək olar ki, neft ixrac etmədiyinə görə, OPEC+ anlaşmasına qoşulmayacaq. Belə ki, Misirin hasil etdiyi neft əsasən yerli neft emalı zavodlarında istifadə edilir. "Çox az miqdarda neft ixrac edirik, bu da neft bazarına təsir etmir. Bu, əsasən 1-2 mln. barel/gün neft ixrac edən ölkələrə aid edilməlidir", - deyə baş nazir əlavə edib.
Qeyd edək ki, ötən həftə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pino Misirin neft naziri Tarix əl Molla ilə görüşü zamanı Misirin OPEC+ anlaşmasına qatılmasını təklif edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...