"Bitcoin 9 min DOLLARA YÜKSƏLƏCƏK"
İqtisadiyyat
13 Oktyabr 2017 10:42

"Bitcoin 9 min DOLLARA YÜKSƏLƏCƏK"


“İlin sonuna kimi “Bitcoin” bahalaşmaqda davam edəcək”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı "ETI - eTicarət İcması"nın təsisçisi Rəşad Camal bildirib. Onun sözlərinə görə, qlobal və ciddi problem baş verməzsə, ilin sonlarına yaxın “Bitcoin”in qiyməti 7000 dolların üzərinə olacaq:

“Pessimist proqnozum 6000-7000, pozitiv proqnozum isə 7000-9000 min dollar arasıdır. Kriptovalyutaların arxasında duran İT texnologiyalar var. Bu İT texnologiyadan istifadə edən şirkətlərin sayı çoxaldıqca, kriptovalyutanın dəyəri çoxalır. Çünki kriptovalyuta sonsuz sayda deyil. “Bitcoin”nin qalxmasının digər səbəbi “Google”un “AndroidPay” ödəmə sistemində “Bitcoin”in ödəniş vasitəsi kimi istifadə ediləcəyini elan etməsidir. Bu da "Bitcoin”ə tələbatın gələcəkdə artacağına xəbərdarlıqdır. Yəni, gələcəkdə “Facebook” və “Snapchat” da bunu elan etsə, “Bitcoin”nin qiyməti yenidən qalxacaq. Bütün bunlar tələb və təklif nəticəsində “coin”nin qiymətinin qalxmasına səbəb olacaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

“Bitcoin” bahalaşdı - Fantastik artım – OXUMAQ ÜÇÜN TIKLAYIN!

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...