Prosineçki: "Mənə heç bir təklif gəlməyib"
İdman
13 Oktyabr 2017 10:44

Prosineçki: "Mənə heç bir təklif gəlməyib"


Bosniya və Hersoqovina millisi əla oyunçulardan qurulmuş komandadır. Bu barədə ancaq bunu deyə bilərəm.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Bosniya və Hersoqovina yığmasınını çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Xorvatiyalı mütəxəssis Bosniya və Hersoqovinanın "Mondo.ba" nəşrinə açıqlamasında federasiyadan təklif almadığını bildirib:

"Bu sual mənə ikinci dəfə verilir. Ancaq mən də bunu yenicə eşitmişəm. Heç bir şeydən xəbərim yoxdur. Mənə heç bir təklif gəlməyib".

Qeyd edək ki, millimizlə müqaviləsi dekabrda başa çatacaq 48 yaşlı mütəxəssis böyük ehtimalla yığmamızdan ayrılacağını açıqlayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09