Evləri və maşınları talayan şəxslər ələ keçdi
Digər
13 Oktyabr 2017 12:27

Evləri və maşınları talayan şəxslər ələ keçdi


Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ayrı-ayrı vətəndaşlara məxsus evlərdən və şəxsi nəqliyyat vasitələrindən oğurluq hallarına qarşı növbəti uğurlu tədbirlər həyata keçirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun və sentyabr ayları ərzində rayon ərazisində 5 evdən və 3 avtomobildən müvafiq olaraq pul, məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Elşən Kərimov və Kəmaləddin Qasımov tutulublar.

 

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  isə cari ilin aprel-sentyabr ayları ərzində rayon ərazisində 6 avtomobildən və 1 evdən  müvafiq olaraq pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini İlqar Məmmədov saxlanılıb.

 

Göstərilən faktlarla bağlı cinayət işləri başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...