Sumqayıtda karbamid zavodunun tikintisi başa çatır
İqtisadiyyat
13 Oktyabr 2017 12:32

Sumqayıtda karbamid zavodunun tikintisi başa çatır


Bakı. Maksim Tsurkov - Trend:

Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üzrə işlərin 98,1 faizi başa çatıb.

Trend-in məlumatına görə, bunu karbamid zavodunun direktoru Xəyal Cəfərov Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, mühəndislik işləri və avadanlıqların alınması 100 faiz, tikinti işləri 93,3 faiz və montaj işləri 88,5 faiz yekunlaşıb:

"Zavodun tikintisi üzrə bütün işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Gələn ilin əvvəlində buraxılış-sazlama işlərinə başlanılacaq. İstehsala isə 2018-ci ilin birinci yarısında start veriləcək".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09