38423 nəfər heyvan sahibinə subsidiya ödənilib
İqtisadiyyat
13 Oktyabr 2017 12:47

38423 nəfər heyvan sahibinə subsidiya ödənilib


Bakı. Trend:

2017-ci ilin sentyabr ayınadək süni mayalanma yolu ilə alınmış 45020 baş ( o cümlədən Naxçıvan MR üzrə 8193 baş) buzova görə, 38423 nəfər heyvan sahibinə subsidiya ödənişləri həyata keçirilib.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilir ki, respublikada qaramal cinslərinə tələbat nəzərə alınaraq Avstriya və Almaniyadan 10 baş simmental, 8 baş holştein-friz, 5 baş şvis, 3 baş şarole, 2 baş aberdin- anqus olmaqla cəmi 28 baş törədici buğa, İrandan isə 2 baş cinsi yaxşılaşdırılmış mürrah mənşəli törədici kəl Göygöldə rayonundakı Respublika Süni Mayalanma Mərkəzində istifadə olunmaq üçün gətirilib.

Məlumatda qeyd olunur ki, xüsusi hazırlanmış məlumat bazası vasitəsilə genetik materialın Mərkəzdən təsərrüfatlara qədər izlənməsi və fərdi uçotun aparılmasına başlanılıb.

Süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 (yüz) manat subsidiyanın verilməsi həyata keçirilir. Subsidiya ödənişləri 2016-cı ildən etibarən ödənilir və ötən il də daxil olmaqla, 2017-ci ilin sentyabr ayınadək süni mayalanma yolu ilə alınmış 45020 baş ( o cümlədən Naxçıvan MR üzrə 8193 baş) buzova görə 38423 nəfər heyvan sahibinə subsidiya ödənişləri həyata keçirilib. Bu isə yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılmasına şərait yaradılması ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının marağının nəzərə çarpacaq dərəcədə yüksəlməsinə səbəb olub.

Cari ilin 9 aylıq dövründə ailə-kəndli və fermer təsərrüfatlarında saxlanılan 87849 baş az məhsuldar və damazlıq keyfiyyəti aşağı olan qaramalda süni mayalanma aparılıb ki, bu da ötən ilin müvafiq dövründən (70182 baş) 25,2 faiz çoxdur.

Qeyd edək ki, Göygöldə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq və yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09