Lionel Messi "Mançester Siti"yə keçə bilər
İdman
13 Oktyabr 2017 12:51

Lionel Messi "Mançester Siti"yə keçə bilər


Bakı. 13 oktyabr. REPORT.AZ/ Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın “Barselona” klubunu tərk edə bilər. “Report”un “The Sun” nəşrinə istinadən verdiyi məlumata görə, 30 yaşlı hücumçu “Barselona”da qalmağa tərəddüd edir. 
Braziliyalı Neymarın Fransa təmsilçisi PSJ-yə satışı, Ernesto Valverdenin komandanın baş məşqçisi təyin edilməsi və Kataloniyadakı siyasi durum kapitanı narahat edir. Təcrübəli forvardın xidmətində ən çox maraqlı olan klub isə “Mançester Siti”dir. İngiltərə təmsilçisinin rəhbərliyi bir neçə dəfə futbolçunun nümayəndəsi ilə görüşüb. Oyunçunun özü də bu varianta ciddi yanaşır. 
Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə mövcud müqaviləsinin müddəti 2018-ci ilin iyununda başa çatır. Kataloniya klubunun rəhbərliyi daha əvvəl onun sözləşməsinin uzatdıqlarını açıqlasa da, bu, təsdiqini tapmayıb. "Barsa" rəhbərliyinin yeni razılaşma üçün argentinalıya 89 milyon avro təklif etdiyi, futbolçunun ümumilikdə 557 milyon avro qazancağı iddia olunur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08