"Azər Türk Bank" Bakı Şopinq Festivalının rəsmi tərəfdaşıdır
İqtisadiyyat
13 Oktyabr 2017 12:57

"Azər Türk Bank" Bakı Şopinq Festivalının rəsmi tərəfdaşıdır


Bakı. Trend:

Dövlət bankı "Azər Türk Bank" Bakı Şopinq Festivalının rəsmi tərəfdaşıdır.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamından irəli gələn tədbirlərdən biri də Bakıda sopinq festivallarının təşkilidir. İldə iki dəfə təşkil edilməsi nəzərdə tutulan "Bakı Ticarət Festivalı" ("Baku Shopping Festival") bu dəfə oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcəkdir. Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı "Azər Türk Bank" bu möhtəşəm tədbirin ərsəyə gəlməsində də rəsmi tərəfdaş qismində çıxış edir.

Bundan əlavə, "Azər Türk Bank" həmçinin, Festivalın müvəkkil banklarından biridir. Vətəndaşlar Festivalın mağazalarında 100 AZN-dan çox məbləğdə alış-verişin müvafiq qaydalarına uyğun olaraq ƏDV-nin müəyyən qismini bankımızın baş ofis, filial və şöbələri vasitəsilə, alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli və ya xarici valyutada bank kartına köçürmə ilə geri ala biləcəklər.

Həmçinin, dövlət bankı olan "Azər Turk Bank" müştərilər üçün möhtəşəm bir fürsət yaradaraq sığorta xərclərini ödəmədən 15.000 AZN-dək kredit əldə etmək imkanını təqdim edir. Bu imkan Bankın müştərilərinə 15 oktyabr – 15 noyabr tarixində keçirilən Bakı Şopinq Festivalın 400-dən çox mağazalarında alış-veriş edib müxtəlif endirim, kampaniya və “Tax Free” istemindən yararlanmaq fürsəti də yaradır.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...