"Mənim yerimdə onların ailə üzvləri də ola bilərdi..." - "Qurd" - VİDEO - FOTO
Şou-Biznes
13 Oktyabr 2017 13:14

"Mənim yerimdə onların ailə üzvləri də ola bilərdi..." - "Qurd" - VİDEO - FOTO


ARB Ulduz-un "Virtual həyat" proqramının budəfəki qonağı reper, Qurd ləqəbi ilə tanınan Fərid Eminov olub.

Milli.Az xəbər verir ki, sosial mediada Qurdun itlərin hücumuna məruz qalması xəbərləri yayıldı. Məlum hadisə ilə bağlı ifaçını bəziləri qınaq obyektinə çevirsə də, sənətçi ona qarşı ünvanlanan bütün iradlara cavab verdi:

"Sosial şəbəkələrdə cürbəcür söhbətlər gedir. Hətta mənim paylaşımıma da cavablar yazdılar ki, siz itlərə dəyməsəz, onlar sizə toxunmazdılar. Mənim nə işim var itlə? Hansı özünə güvənən adam gedib altı itin arasına girər. Sadəcə, hücum olanda insan əlindən gələni edir.

Qəribədir, mən bilmirəm o "heyvansevərlər" üçün insanlar heç nədir, ancaq heyvanlar qorunmalıdır? Axı mənim yerimdə onların da ailə üzvləri, qohumları, dostları, qonşuları ola bilərdi. Bunu nəzərə almaq lazımdır. Mən heç vaxt gedib itə daş atan adam deyiləm".

Müxtəlif nahiyələrindən zədələr alan Qurd həmin olaydan ciddi xəsarət almadan xilas oldu. İtlər Qurdla bacara bilmədilər.

"Uçurumdan yıxıldım. Yıxılan kimi it ağzı ilə alın nahiyəmdən tutdu. İti aralaşdırıb altıma saldım və mübarizə başladı. Biri qolumdan, biri ayağımdan dişlədi. Həyat eşqi ilə onlarla mübarizə aparmağa başladım. İnsanların bir qismi zarafata saldı. Qurdun üzərinə itlər hücum etdi dedilər. Qurdla bacarmadılar".

Qurdla olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Mənim yerimdə onların ailə üzvləri də ola bilərdi..." - Qurd




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...