Ən bahalı boşanma olmadı - Razılaşdılar - FOTO
Maraqlı
13 Oktyabr 2017 13:14

Ən bahalı boşanma olmadı - Razılaşdılar - FOTO


Beynəlxalq "Formula-1" avtoçempionatının sabiq sahibi, britaniyalı milyarder Berni Ekklstounun qızı, model və modelyer Petra Ekklstoun əri Ceyms Stantdan boşanır.

Britaniya ilə bahəm, dünya tarixində "ən bahalı" boşanmalardan biri olacaq bu prosesdə 8 milyard dollarlıq varidatın bölünməsindən söhbət gedir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 28 yaşlı Petra Ekklstoun dünən bəyan edib ki, o, boşandığı əri ilə məhkəmə qərarınadək razılaşma əldə edib.

2011-ci ildə ailə qurmuş Petra ilə Ceymsin İtaliyada 15 milyon dollara başa gələn toyu olmuşdu. Onların ABŞ-ın Los-Anceles şəhərində 193 milyon dollarlıq və Londonun Çelsi səmtində 160 milyon dollar dəyərində dəbdəbəli evləri var.

Dünən Petra atası Berni və bacısı Tamara ilə məhkəməyə yollanmışdı. Az sonra Ceyms Stant da vəkilləriylə birlikdə ora yaxınlaşıb.

35 yaşlı C.Stant reportyorların suallarını cavablamaq istəməyib.

"Özümü yaxşı hiss etmirəm. Nikahımızın puç olmasına təəssüflənirəm. Petranı və övladlarımı sevirəm. İndi öhdəmizə düşən əsas məsələ övladlarımızı böyütməkdir", - Stant deyib.

Petra Ekklstoun və Ceyms Staantın Laviniya, Ceyms Cunior Endryu adlı üç övladı var.

Hakim Robin Tolson da tərəflərin razılaşma əldə etdiyini təsdiqləyib.

Milli.Az













loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...