Beynəlxalq Voleybol Federasiyası da Millətlər Liqası təsis edib
İdman
13 Oktyabr 2017 14:04

Beynəlxalq Voleybol Federasiyası da Millətlər Liqası təsis edib


Beynəlxalq Voleybol Federasiyası (FIVB) Millətlər Liqası təsis edib.

Milli.Az report-a istinadən xəbər verir ki, yeni turnir kişilər arasında Dünya Liqasını və qadınlar arasında Qran Prini əvəzləyəcək. 

2018-ci ildə start götürəcək Millətlər Liqası dairəvi sistemlə keçiriləcək. Yarışa 12 kişi və eyni sayda qadın komandaları qatılacaq. Mövsümün yekununa əsasən, iki ən zəif komandanı Çağırış Liqasından olan kollektivlər əvəzləyəcək. Turnirin qalibi "Altılar finalı"nda müəyyənləşəcək.

Millətlər Liqasınının təsis edilməsində məqsəd azarkeş marağının artırılması və dünya səviyyəli oyunların təşkil olunmasıdır. Yeni formatın voleybolu daha sadə və cəlbedici edəcəyi proqnozlaşdırılır.

2018-ci ildə kişilərin yarışında Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Fransa, Argentina, İran, Polşa, Almaniya və Yaponiya yığmaları yer alacaqlar. Çağırış Liqasında isə Avstraliya, Cənubi Koreya, Kanada və Bolqarıstan milliləri mübarizə aparacaqlar.
Qadınların yarışına Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Sebiya, Hollandiya, Tailand, Türkiyə, Cənubi Koreya, Almaniya və Yaponiya qatılacaq. Çağırış Liqasına isə Argentina, Dominikan Respublikası, Polşa və Belçika daxil edilib.

Xatırladaq ki, bir rmüddət əvvəl UEFA da Millətlər Liqası təsis edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09