Dik Advokat millidən gedir
İdman
13 Oktyabr 2017 14:14

Dik Advokat millidən gedir


Futbol üzrə Hollandiya milli komandasının baş məşqçisi Dik Advokat noyabrda postunu tərk edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə 70 yaşlı mütəxəssisin özü "Football Oranje" portalına açıqlama verib.

O bildirib ki, Niderland Krallığının Futbol İttifaqı gələcək üçün milliyə yaxşı baş məşqçi tapmalıdır. Advokat yığmanın noyabrda keçirəcəyi yoldaşlıq oyununa qədər postunda qalacağını söyləyib.

Qeyd edək ki, Dik Advokat bu il iyunun 1-də Hollaniya millisinin baş məşqçisi postunda Danni Blindi əvəzləyib. Lakin onun rəhbərlik etdiyi kollektiv 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib. Niderlandlılar yer aldıqları A qrupunda Fransa və İsveçdən geri qalaraq, 3-cü yeri tutublar. 70 yaşlı mütəxəssis 1992 - 1994 və 2002 - 2004-cü illərdə də ölkəsinin milli komandasının baş məşqçisi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...