Yıldız Tilbe: "Mən türk axtarıram, bura “O səs İngiltərə” deyil" - FOTO
Maraqlı
13 Oktyabr 2017 14:24

Yıldız Tilbe: "Mən türk axtarıram, bura “O səs İngiltərə” deyil" - FOTO


Yeni mövsümə başlayan "O səs Türkiyə" yarışmasında qalmaqal yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, seçimlər zamanı münsif kürsüsündə oturan və yarışmaya bu mövsüm qatılan Yıldız Tilbe ilə Gökhan Özoğuz dava edib.

Yarışmaya balkan mahnısı oxuyan bir qadın qatılıb. Onun ifasını bütün münsiflər bəyənib və dönüb, bircə Tilbe dönməyib. Çıxışın sonunda Yıldız "Sən türksənmiş... Mən səni əcnəbi bildim. Türk olduğunu bilsəydim, dönərdim" deyib. Onun bu sözlərinə əsəbiləşən Gökhandan etiraz gəlib.

Gökhan "Bu yarışmaya əcnəbilər də gəlir. Niyə dönmürsən ki" cavabını verib və irqçiliyi tənqid edib.

Tilbenin "Bu, "O səs Türkiyə" yarışmasıdır, mən türk axtarıram. Bura "O səs İngiltərə" deyil. Elə olsaydı, ingilis axtarardım" cavabı mübahisəni şiddətdləndirib.

Ayrıseçkiliyə qarşı çıxan Gökhan səsini daha da yüksəldərək etiraz edib:

"Sən o zaman kürdlərin yarışmasına da etiraz edərsən".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08