"Gilan Holding" komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı olub
İdman
13 Oktyabr 2017 14:32

"Gilan Holding" komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı olub


Bakı. Trend:

"Gilan Holding" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı olub.

Trend-in məlumatına görə, ABL Cup 2017/18 formatında və miqyasında turnir Azərbaycanda ilk dəfə və "Azfargroup"un meydançalarında keçiriləcək.

"Gilan Holding" liqada maraqlı oyunlar və gərgin mübarizə gözləyir. Holdinqin əməkdaşlarından ibarət komanda ABL Cup 2017/18-də uğurlu nəticə əldə etməyə ümid edir. Ölkədə idmanın inkişafına da töhfə verməyə çalışan "Gilan Holding" bu cür turnirlərin keçirilməsini sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətli hesab edir və onlara dəstək verir. Çempionat həmçinin şirkətlərarası əlaqələrin genişləndirilməsində də kömək edəcək.

Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az, eləcə də #www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...