Şok kadrlar: aktyor jurnalisti şillələdi - VİDEO - FOTO
Maraqlı
13 Oktyabr 2017 14:34

Şok kadrlar: aktyor jurnalisti şillələdi - VİDEO - FOTO


Meksikanın məşhur aktyorlarından biri, teleseriallar ulduzu Eduardo Yanyes cinayət məsuliyyətinə cəlb olunub. Səbəb onun jurnalisti vurmasıdır.

Reporyorun Los-Anceles Polis Departamentinə şikayətindən sonra aktyora qarşı cinayət işi qaldırılıb.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, 57 yaşlı aktyor ABŞ-ın Kaliforniya ştatında, Los-Ancelesdə "Sprint" telekommunikasiya və rabitə şirkətinin təqdimatına qatılmışdı. "Univision" proqramının reportyoru, "El Gordo y la Flaca" proqramının əməkdaşı Pako Fuentes aktyora yaxınlaşaraq ona oğlu barədə sual verib.

Sual Eduardo Yanyesin oğlu Eduardo Yanyes Huniorun "GoMundMe" saytında yerləşdirdiyi elanla bağlı idi.

Aktyorun oğlu bu saytdakı elanında yeni avtomobil almaq üçün pul toplayır.

Eduardo Yanyes Huniorla atası arasında münasibətlər həddən ziyadə gərgindir. Belə ki, aktyorun oğlu bir müddət əvvəl Twitter-də atasını suçlayaraq yazıb: "Atam məşhur aktyor olsa da, narkoman, irqçi və qadınlara qarşı zorakı davranan birisidir".

Pako Fuentes də aktyor Eduardo Yanyesə "Tanınmış insansınız: avtomobil üçün niyə sizdən pul istəmir ki?!" sualını ünvanlayıb.

E.Yanyes sinirlənsə də, xavab verib: "Bu, ailə məsələmizdir. Əgər oğlum barədə belə narahatsınızsa, onda ona pul yollaya bilərsiniz".

Daha sonra Eduardo Yanyeslə Pako Fuentes arasında belə mükalimə yaşanıb:

- Cənab Yanyes, mən, sadəcə, işimi görürəm.

- Xeyr! Media ictimai xadimlər, tanınmış insanlarla vətəndaşlar arasında əlaqədir. Siz isə qərəzli sual verirsiniz.

- Razı deyiləm. Mən sizə sual verdim.

- Lənətə gəlmiş ...! Sən situasiyadan faydalanmağa çalışırsan, öz məqsədini güdürsən! Jurnalistikadan kənarsan, məndən sui-istifadə etməyə çalışırsan!

- Xeyr! Sizi heç nədə suçlamıram!

- Sus, ...! Bir qədər sayğın olsun!

Bunu deyən Eduardo Yanyes reportyor Pako Fuentesi şillələyib.

Olayın videosu telekanalda nümayiş olunandan və sosial şəbəkələrdə yayılandan sonra meksikalılar P.Fuentesdən aktyoru məhkəməyə verməsini istəyiblər.

Eduardo Yanyes Twitter-də jurnalistdən üzr istəyib: "İctimaiyyətdən və əməllərimdən zərər çəkmiş insandan üzr istəyirəm. Bu, doğru deyildi. Lakin şəxsi həyatıma müdaxilə də yolverilməzdir".

E.Yanyes "Sprint"in Latın Amerikası ölkələrində reklam "siması"dır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şok kadrlar: aktyor jurnalisti şillələdi









loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 oktyabr

Astroloji proqnoz - 19 oktyabr

19 Oktyabr 2017 00:13
Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...