"Prosineçkinin böyük gələcəyi var"
İdman
13 Oktyabr 2017 14:34

"Prosineçkinin böyük gələcəyi var"


Prosineçki əla insandı. Futbolu da yaxşı anlayır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri bosniyalı futbol mütəxəssisi İvitsa Osim deyib. 

Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki Bosniya və Herseqovina yığmasının yeni baş məşqçisi postuna namizədlərdən biri sayılır.

Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən Osim maraqlı fikirlər səsləndirib. Vaxtilə Yuqoslaviya yığmasını çalışdırmış, daha sonra isə "Partizan", "Panatinaikos", "Şturm" kimi klublara, həmçinin Yaponiya millisinə rəhbərlik etmiş 76 yaşlı mütəxəssis Prosineçkini tərifləyib.

O, Bosniya və Herseqovina yığmasının baş məşqçisi postuna başqa namizədlər - oğlu Amar Osim və digər yerli çalışdırıcı Meho Kodro ilə müqayisədə Prosineçkinin milliyə gətirilməsinin tərəfdarıdı:

"Robertin rəhbərliyi altında yığma yaxşı oyun göstərə bilər. Onu futbolçu kimi də çox qiymətləndirirdim. Prosineçki fantastik oyunçu idi. Məşqçilikdə də düzgün yoldadı. Yaxşı futbolçu olduğu kimi, yaxşı çalışdırıcı da olmaq istəyir. Onun məşqçilikdəki fəaliyyətini izləyirəm. Prosineçkinin böyük gələcəyi var".

Qeyd edək ki, Prosineçki haqda pozitiv fikirlər səsləndirən İvitsa Osim ölkəsinin futbol ictimaiyyəti arasında böyük hörmətə sahibdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...