Bu poçtalyon ölkəni heyrətləndirdi - VIDEO - FOTO
Maraqlı
13 Oktyabr 2017 14:34

Bu poçtalyon ölkəni heyrətləndirdi - VIDEO - FOTO


ABŞ-ın Kalifoniya ştatında meşə yanğınları davam edir. Yanğının əksər hissəsini viran qoyduğu Santa Roza şəhərində də xilasetmə işləri davam edir.

Bu şəhərdə baş verən olay isə Birləşmiş Ştatlarda milyonlarla insanı riqqətə gətirib.

Milli.Az NBC-yə istinadən bildirir ki, amerikalı fotoqraf Duqlas Tron yanğının faktiki olaraq məhv etdiyi Santa Rozanın görüntülərini dron vasitəsilə çəkirdi.

ABŞ Poçt Xidmətinin (US Postal Service, USPS) əməkdaşı yanmış şəhərin küçələri ilə maşınını sürür, sonra yanıb kül olmuş evlərdən birinin qarşısında durur.

"Onun smartfonla şəkil çəkdiyini düşünürdüm. Dronun kamerasının "zoom" edəndə isə heyrətamiz mənzərə ilə qarşılaşdım. Poçtalyon yanıb kül olmuş evdə yaşamış ailəyə göndərilən məktublarla baratı çatdırmışdı. O, baratı yerə qoydu, sonra maşına yönəldi və sükan arxasına əyləşdi. Maşın hərəkətə başladı. Küçənin bir tərəfindəki evlər tamamən yanıb kül olmuşdusa, qarşı tərəfdəki evlərə heç nə olmamışdı", - D.Tron deyib.

Kaliforniyadakı yanğınlarda 31 nəfər həlak olub, 12 nəfər itkin düşüb. 3500 ev və tikili külə dönüb.

Hazırda 8 min yanğınsöndürən alovlarla mübarizə aparır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu poçtalyon ölkəni heyrətləndirdi










































loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08