Millimiz Millətlər Liqasına daxil edilmədi
İdman
13 Oktyabr 2017 15:14

Millimiz Millətlər Liqasına daxil edilmədi


Beynəlxalq Voleybol Federasiyası (FIVB) kişilər arasında Dünya Liqasını və qadınlar arasında Qran Prini əvəzləyəcək Millətlər Liqası təsis edib.
 
Milli.Az goal.az-a istinadən xəbər verir ki, yeni turnirin təsis edilməsində məqsəd azarkeş marağının artırılması və dünya səviyyəli oyunların təşkil olunmasıdır. 
2018-ci ildə start götürəcək Millətlər Liqası dairəvi sistemlə keçiriləcək. Yarışa 12 kişi və eyni sayda qadın komandaları qatılacaq. Mövsümün yekununa əsasən, iki ən zəif komandanı Çağırış Liqasından olan kollektivlər əvəzləyəcək. Turnirin qalibi "Altılar finalı"nda müəyyənləşəcək.

2018-ci ildə kişilərin yarışında Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Fransa, Argentina, İran, Polşa, Almaniya və Yaponiya yığmaları yer alacaqlar. Çağırış Liqasında isə Avstraliya, Cənubi Koreya, Kanada və Bolqarıstan milliləri mübarizə aparacaqlar.
 
Qadınların yarışına Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Hollandiya, Tailand, Türkiyə, Cənubi Koreya, Almaniya və Yaponiya qatılacaq. Çağırış Liqasına isə Argentina, Dominikan Respublikası, Polşa və Belçika daxil edilib.

Azərbaycanın heç bir yığması turnirdə yer almayacaq. Faiq Qarayevin baş məşqçi olduğu qadınlardan ibarət komanda son Avropa çempionatında 4-cü yeri tutub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...