Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi intellektual bilik yarışması keçirib
Ölkə
13 Oktyabr 2017 17:36

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi intellektual bilik yarışması keçirib


Bakı. 13 oktyabr. REPORT.AZ/ “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” (HVMHM) MMC xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında “Hərbi zəkalıyam” intellektual bilik yarışması keçirib. 
Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, müdavimlər qarşısında çıxış edən HVMHM-nin sədri Şahvələd Əliyev yarışmanın Dövlət Müstəqilliyimizin 26-cı ildönümünün qeyd olunduğu ərəfəyə təsadüf etdiyini bildirib. 
O, müstəqilliyimizi əbədiləşdirən ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır.” sözlərini misal gətirərək, gənc müdavimlərə bu sözləri dərk etməyi və nəticə çıxarmağı tövsiyyə edib.
Ş.Əliyev xüsusilə vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi dövlət proqramları gənclərin hərtərəfli inkişafına yönəlib. 
O, Prezident İlham Əliyevin gənclərlə bağlı etdiyi çıxışlarda gənclərin intellektual səviyyəsinin yüksəldilməsi və hərbi vətənpərvərlik ruhunda tərbiyələndirilməsi ilə bağlı önə çəkdiyi məsələləri, 2012-ci il tarixli Fərmanla yaratdığı “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətini, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında növbəti Sərəncamını sadalayıb. Cəmiyyət sədri Azərbaycanın Milli Ordusu üçün mütəxəssis-əsgərlərin hazırlanması kimi şərəfli misiyasının Cəmiyyətin üzərinə düşdüyünü nəzərə çatdırıb, buna görə də təşkil edilən bu kimi yarışmaların gənc müdavimlərin hazırlıq keçidikləri xüsusi hərbi ixtisaslarla yanaşı hərbi vətənpərvərliyinə, intellektual hərbi biliklərinin aşkara çıxarılmasına, bilik və məlumat bazalarının möhkəmləndirilməsinə, ümumilikdə isə çağırışaqədərki hazırlıqlarına xidmət etdiyini deyib.
Daha sonra yarışmaya start verilib. Yarışda Cəmiyyətin Sabunçu, Xətai, Bakı şəhəri Nizami, Binəqədi və Nəsimi rayon 1 nömrəli, Sumqayıt şəhər 1 və 3 nömrəli filiallarını təmsil edən hər komandanın tərkibində 5 nəfər olmaqla, ümumilikdə 35 müdavim mübarizəyə qoşulub.
Maraqlı mübarizə şəraitində keçən yarışda Cəmiyyətin Binəqədi rayon filialının komandası 116 bal toplayaraq qalib olub. Nəsimi komandası 115 balla ikinci, Nizami komandası isə 84 balla üçüncü yerə layiq görülüb.
Sonda çıxış edən Cəmiyyət sədri Ş.Əliyev bügünkü tədbirin gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi işinin təbliği məqsədi ilə qarşıya qoyulan məqsədə doğru daha bir addım olduğunu və bundan sonra da müdavimlərin iştirakı ilə müxtəlif səpkili tədbirlər təşkil etməklə hərbi vətənpərvərlik işinin şaxələndiriləcəyini söyləyib: ""Hərbi zəkalıyam" intellektual bilik yarışmasının nəticələri bir daha göstərdi ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin filiallarında xüsusi hərbi ixtisaslara yiyələnmək istəyən çağırışçılar gələcəkdə vətənə hərbi borclarını layiqincə verəcək, onlar təkcə hərbi texnikanı mükəmməl idarə etməklə deyil, mənəvi əxlaqi dəyərlərə sədaqətləri ilə də seçiləcək, bilikli və intellektual vətəndaş olacaqlar". 



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...