Bir zamanlar milyonların pərəstişkarı idi - Yoxsulluqda öldü - FOTO
Maraqlı
14 Oktyabr 2017 13:34

Bir zamanlar milyonların pərəstişkarı idi - Yoxsulluqda öldü - FOTO


Bir zamanlar "Sabrina" kimi tanınan, "Britaniyanın Merilin Monrosu" adlandırılan, milyonlarla pərəstişkarı olan aktrisa Norma Enn Sayks 80 yaşında, səfillik və yoxsulluqda ölüb.

Özü də ötən il, 2016-cı ilin noyabrında.

Milli.Az The Mirror-a istinadən bildirir ki, unudulmuş aktrisanın dünyasını dəyişdiyi indi bəlli olub.

"Lal sarışın" kimi tanınan Norma Enn Sayksın yaxşı səsi yoxdu. O, rəqs etməyi və oxumağı da bacarmırdı. Fəqət, gözəlliyi sayəsində o, çox məşhurlaşmışdı.

Norma 1955-ci ildə, 19 yaşı olanda tanındı. O, seriallarda və reklamlarda gözəl, amma qaradinməz xanımlar obrazında çəkilirdi.

Aktrisa hər gün minlərlə məktub alırdı. Onun sevgililəri arasında Elvis Presli və Frenk Sinatra da vardı.

"Sabrina" son rolunu 1969-cu ildə oynadı və aktrisalıq karyerası ilə vidalaşdı. 1967-ci ildə ərə getmiş aktrisa 10 il sonra boşandı, Hollivudun şimalındakı kiçik evdə tənha yaşamağa başladı.

Uzun illər boyu mediadan qaçan, tədbirlərə qatılmayan aktrisanın yoxsul həyat sürdüyü, çarpayıya məhkum olduğu 2007-ci ildə bilinmişdi. Belində kəskin ağrılar olduğunu etiraf edən aktrisa yoxsul olmadığını deyirdi.

Bir zamanlar milyonlarla kişinin pərəstişkarı olduğu aktrisa 2016-cı ildə, 80 yaşında qan zəhərlənməsindən ölüb.

Milli.Az



























loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08