Meydanda faciə: canlı əfsanə keçindi - VİDEO - FOTO
Maraqlı
15 Oktyabr 2017 22:34

Meydanda faciə: canlı əfsanə keçindi - VİDEO - FOTO


İndoneziyanın "Persela Lamonqan" klubunun 38 yaşlı qolkiperi Hoyrol Huda meydanda keçinib.

Milli.Az Surabaya-ya istinadən bildirir ki, o, ölkə çempionatında "Sepi Padanq" klubu ilə qarşılaşma zamanı iki futbolçu ilə toqquşmadan sonra yerə yıxılıb.

2:0 hesabla başa çatan "Persela Lamonqan"-"Semen Padanq" matçının birinci hissəsinin sonunda ev sahiblərinin cərimə meydançasında Huda komanda yoldaşı Ramon Rodriges və rəqib komandanın oyunçusu Marsel Sakramento ilə toqquşub.

Yerə yıxılan Huda huşunu itirib. Stadionda olan tibb personalı ona ilkin yardım göstərib, Huda xərəkdə meydandan çıxarılıb. Hospitala aparılarkən Huda yolda keçinib.

Hoyrol Huda 1999-cu ildən bəri heyətində oynadığı "Persela Lamonqan"ın canlı əfsanəsi sayılırdı.

Milli.Az











loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR