"Real" "Bavariya"nın ulduzunu istəyir
İdman
16 Oktyabr 2017 10:14

"Real" "Bavariya"nın ulduzunu istəyir


"Bavariya"nın futbolçusu David Alaba karyerasını İspaniyada davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, avstriyalı müdafiəçi "Real"dan təklif alıb. 

Madrid təmsilçisi 25 yaşlı futbolçunu qış transfer dövründə heyətinə qatmaq arzusundadı. Qarşı tərəflə danışıqlara indidən start verilib.

"Real" Alabanı bu ilin yayında da transfer etmək istəyirdi. Amma həmin vaxt almanlar təklifi rədd etmişdilər.

Qeyd edək ki, David Alaba "Bavariya"nın heyətində ümumilikdə 271 oyunda 24 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR