RƏSMİLƏR QEYRİ-RƏSMİ – dəvə saxlayan, kartof becərən dünya liderləri...
Maraqlı
16 Oktyabr 2017 16:38

RƏSMİLƏR QEYRİ-RƏSMİ – dəvə saxlayan, kartof becərən dünya liderləri...


Putin idmanı sevir, Merkelin çox gözəl yumor hissi var, Gürcüstan Prezidenti Qeorqi Marqvelaşvili kartof becərir, dünyanın ən qibtə olunan subay kişilərindən biri, Dubayın varis şahzadəsi Şeyx Xamdan dəvənin qayğısına qalır...

Bəli, böyük adamlar həm də öz zəiflikləri, maraqları və meylləri ilə ən adi insanlardır. Onların çoxunun sosial şəbəkələrdə səhifələri var və orada özləri tamamilə qeyri-rəsmi fotolarını dərc edirlər.

Publika.az rəsmilərin qeyri-rəsmi fotolarını aşağıdakı icmalda oxuculara təqdim edir.

1. Şeyx Xamdan ibn Məhəmməd Al Maktum

Dubayın varis şahzadəsi və dünyanın ən qibtə olunan subay kişilərindən biri maşınının pəncərəsinə baş çəkmiş dəvəsini şirniyyata qonaq edir.

2. Kanadanın baş naziri Castin Tryudo və ABŞ-ın sabiq prezidenti Barak Obama

Dövlət xadimlərinin qeyri-formal vəziyyətdə görüşü - görünür, onlar barda çox rahatdırlar.

3. ABŞ-ın qüvvədə olan prezidenti Donald Tramp maskası

ABŞ prezidentinin nəvəsi Xellouin üçün kostyum seçimində babasının üzü əks olunan maskanı ölçməyə qərar verib.

4. Angela Merkel Almaniya kansleri

Tallində Avropa sammiti zamanı Merkel həmsöhbətinə, zarafatla əllərilə binoklu təsvir edib.

5. Türkiyən prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyənin siyasi lideri futbol topunu olduqca sərrast dəf edir.

6. Emmanuel Makron - Fransa prezidenti

Siyasətçi prezident vəzifəsinə başlamazdan 2 gün əvvəl "İrəli, Respublika!" partiyasının əməkdaşları ilə Selfi edir.

7. Ukrayna prezidenti Pyotr Poroşenko

Siyasətçi "Avroviziya-2017" müsabiqəsinin aparıcıları ilə şəkil çəkdirir.

8. Meksika prezidenti Enrike Penya Nyeto

Kəndlillərlə tarlada nahar.

9. Sinqapurun baş naziri Li Syanlun

Baş nazir Olimpiya çempionu, üzgüçü Cozef Skulinqom ilə 360 dərəcə Selfi çəkir.

10. Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili

Bəli-bəli, prezidentlər həmçinin kartof işi ilə də məşğul ola bilərlər.

11. Norveçin kral həzrətləri vəliəhd arvadı Mette-Marit

Şahzadə Mette-Marit piyada dağ yürüşündən qayıdır.

12. II Yelizaveta - Böyük Britaniyanın kraliçası

Edinburq hersoqunun müşayiəti ilə kraliça, Londonun Uipsneyd heyvanat parkına baş çəkir və fil balasını banana qonaq edir.

13. Kembric hersoq və hersoginyası Uilyam və Ketrin

Keyt Middlton və şahzadə Uilyam şəhər bazarında cənubi Almaniyada yayılmış ənənəvi krendellər bişirirlər.

14. Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev

Dövlət başçısının soçi iqamətgahının trenajor zalında baş nazirlə birgə səhər məşqi.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR