ABŞ İŞİD-in Yəməndəki təlim düşərgələrini məhv etdi
Digər
17 Oktyabr 2017 2:37

ABŞ İŞİD-in Yəməndəki təlim düşərgələrini məhv etdi


ABŞ aviasiyası Yəmənin Əl-Beyda vilayətində İŞİD-in iki təlim düşərgəsinə hava zərbələri endirib.

 

APA-nın xəbərinə görə, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.

 

Məlumata əsasən, terrorçuların hazırlığı üçün nəzərdə tutulmuş iki təlim düşərgəsi bombardman edilməsi nəticəsində onlarla silahlı məhv edilib. Hava zərbəsi nəticəsində terrorçuların maddi-texniki ehtiyatları, silah-sursat saxlanıldığı tikililər dağıdılıb.

 

Qeyd edək ki, ABŞ son illər müntəzəm olaraq İŞİD və “Əl-Qaidə”nin Yəməndəki mövqelərinə hava zərbələri endirir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR