Azərbaycanlı qız "O səs Türkiyə"də münsifləri təəccübləndirdi - VİDEO
Maraqlı
17 Oktyabr 2017 10:24

Azərbaycanlı qız "O səs Türkiyə"də münsifləri təəccübləndirdi - VİDEO


"O səs Türkiyə"yə bu dəfə Aynurə Şirinova adlı azərbaycanlı müğənni qatılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Aynurə "Annem" mahnısını səsləndirib. Onun ifasına ilk dönən münsif Yıldız Tilbe olub. Daha sonra isə Hadisə Murad Boz dönüb.

Murad "Belə bir görüntüsü olandan bu cür səs gözləmirdim. Çox gözəl oxudunuz. Azərbaycanda bizi çox sevirlər və izləyirlər" deyə bildirib.

Hadisə isə "Elə bildim ki, Rihannadan bir şey oxuyacaq. Sənə heyran oldum" söyləyib.

Yıldız Tilbe isə "Bu mahnını çox adam oxudu, amma sən fərqli səsləndirdin. Özünəməxsus bir səsin var" deyə, əlavə edib.

Aynurə isə Yıldız Tilbe ilə yarışmaya davam etmək istədiyini söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı qız

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR