Sensasiyalı kəşf: elm dəyişir, kosmosda qızıl yaranır - VİDEO - FOTO
Maraqlı
17 Oktyabr 2017 13:14

Sensasiyalı kəşf: elm dəyişir, kosmosda qızıl yaranır - VİDEO - FOTO


ABŞ-dakı LİGO və Avropadakı "Virgo"nun liderliyi ilə dünyanın müxtəlif ölkələrindəki 70 rəsədxana iki ulduzun toqquşduğunu bəyan ediblər.

Milli.Az Sciense-ə istinadən bildirir ki, Yerdən təqribən 130 milyon işıq ili uzaqlığında, NGC 4993 qalaktikasında olan ulduzların hər biri Günəş ağırlıqdadır.

Toqquşmadan sonra cazibə dalğaları 100 saniyə davam edib. Bundan sonra isə 2 saniyə ərzində qamma şüalanması olub.

İki ulduzun toqquşması nəticəsində yaranmış elektromaqnit şüalanması rentgen, ultrabənövşəyi, optik, infraqırmızı və radiodalğa diapazonlarında qeydə alınıb.

Amerikalı astronomlar hələ 2015-ci ildə məkan və zamanı əyərək dəyişən cazibə dalğalarını aşkarlamışdılar. Bu dalğalar Yerdən 1 milyard işıq ili uzaqlıqdakı iki qara dəliyin toqquşması nəticəsində yaranmışdı.

Olay 2016-cı ilin noyabrında və 2017-ci ilin avqustunda təkrarlanıb. Bu tədqiqatlar Albert Eynşteynin nisbilik nəzəriyyəsini təsdiqləyərək astronomiyada yeni səhifə açıb. Ən azı "Böyuk Partlayış" nəzəriyyəsi yenidən, daha təkmil şəkildə araşdırılacaq.

Alimlər Rayner Vayss, Barri Beriş və Kip Torn isə tədqiqata görə Nobel fizika mükafatını aldılar.

"Cazibə-dalğa astronomiyası indiyədək elektromaqnit astronomiyası vasitəsilə tədqiqatı mümkün olan neytron ulduzların araşdırılması istiqamətində yeni, möhtəşəm imkanlar yaradır", - LİGO rəsədxanasının icraçı direktoru Devid Reytse deyib.

Astronomlar bildirirlər ki, iki neytron ulduzun toqquşması nəticəsində optik işıq formasında elektromaqnit şüalanması yaranır. İşıqlanma güclü teleskoplar vasitəsilə müşahidə olunmaq üçün yetərincə parlaqdır ki, bu da cazibə dalğalarının mənbəyinin varlığına ilk əsaslı sübutdur.

Qamma partlayışının olduğu isə göstərir ki, ulduzların toqquşması nəticəsində "kiloyeni", yəni adi yeni ulduzdan 1000 dəfə güclü yeni neytron ulduz yaranıb.

Ulduzların toqquşaraq birləşməsi nəticəsində yaranmış işıq selini bir neçə güc münaşihə etmiş astronomlar parlayan kürənin yoxa çıxdığını, rəngini mavidən qırmızıya dəyişdiyini görüblər.

Sonuclar daha bir nəzəriyyəni təsdiqləyir: neytron ulduzların, yəni həddən ziyadə sıx ulduz obyektlərinin toqquşması qızıl və platin kimi kimyəvi elementlər yaradır. Ulduzların birləşməsi zamanı ayrılan neytronlar r-nukleosintez adlandırılan prosesdə birləşir.

Belə toqquşmalar Kainatın ağır elementlərlə zənginləşməsi prosesinin də tərkib hissəsi ola bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sensasiyalı kəşf: elm dəyişir, kosmosda qızıl yaranır
















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Bakıda banka SİLAHLI BASQIN

Bakıda banka SİLAHLI BASQIN

18 Yanvar 2018 15:43
Tramp Rusiyanı ittiham etdi

Tramp Rusiyanı ittiham etdi

18 Yanvar 2018 00:47
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08