İşıq sürətinin qısa hekayəsi
Maraqlı
18 Oktyabr 2017 0:04

İşıq sürətinin qısa hekayəsi


İşığın vakumdaki sürəti saniyədə 299.792.458 metrdir. Bu, elm adamlarının 1975-ci ildə üzərində qərar qıldıqları dəyərdir. Yaxşı işıq sürəti niyə bu dəyərdədir və bunun bir əhəmiyyəti varmı? Bu sualları cavablandırmağa çalışmaq bizi kosmosda, zamanda, fizikada və ölçmələr də səfərə çıxaracaq; üstəlik hələ hekayə tam danışılmamış olmasına baxmayaraq. Modern zaman araşdrımaları əsrlər sonra ilk dəfə işıq sürəti sualını gündəmə gətirir. Hekayəyə ən başından başlamaq üçün bir az tarixə nəzər salaq.
Milli.Az yasilelm.com-a istinadən bildirir ki, 17-ci əsrin əvvələrində işığın bir sürəti olmadığı, yalnız bir anda var olduğu və yox olduğu üzərində fikir birliyi edilmişdi. 1600-cü illər ərzində, bu fikrə ciddi şəkildə meydan oxundu. İlk dəfə 1629-ci ildə Hollandiyalı elm adamı Isaac Beeckman, bir barıt partlaması ətrafına bir sıra güzgü yerləşdirdi. Məqsəd müşahidəçilərin hər hansı bir ani işıq parlaması fərq edib edə bilməyəcəklərini görmək idi. Təəssüf ki Beeckman və elmin irəliləyişi baxımından bu səylər nəticəsiz qaldı.
Lakin 1676-ci ildə Danimarka astronomu Ole Romer, bir illik bir müşahidə sonunda Yupiterin peyklərindən birinin tutulma zamanlarında qəribə dəyişikliklər fərq etdi. Bu vəziyyət, Dünya Yupiterdən uzaq olduğu üçün, işığın Yupiterdən bura daha uzun müddət yol aldığına görə ola bilərdimi? Romer da belə düşündü və kobudca etdiyi hesablamalar nəticəsində işığın saniyədə 220.000 kilometr yol aldığını tapdı. Xüsusilə planetlərin böyüklüklərinə dair əlindəki məlumatların o şərtlər altında tam qəti olmadığı düşünülsə, bu heç də pis bir təxmin deyildi.
Daha sonrakı illərdə, planetimiz üzərində işıq şüaların istifadə edərək edilən təcrübələrdə, elm adamları doğru nəticəyə daha çox yaxınlaşdı. Və sonra 1800-cü illərin ortalarında fizik Ceyms Klerk Maksvell, vakuumda elektrik və maqnit sahələri ölçmə üsullarından ibarət Maxwell tənliyini qarşıya qoydu. Maxwellin tənlikləri boş kosmosda elektrik və maqnit xassələri aid problemləri həll edərək və kütləsi elektromaqnetik radiasiya dalğalarının sürətinin, qarşıya qoyulan işıq sürətinə çox yaxın olmasına da diqqət edərək, bu iki sürətin eyni ola biləcəyi fikrini ortaya atdı. Maxwell haqlı çıxdı və ilk dəfə kainatdakı sabitlərə əsaslanaraq işığın sürətini ölçməyi bacardılar.

Eyni zamanda Maxwell işığın da bir elektromaqnetik dalğa olduğunu şiddətlə müdafiə etdi. Maxwellin bu fikri də doğrulandıqdan sonra, 1905-ci ildə Albert Eynşteyn xüsusi nisbilik nəzəriyyəsi üçün bu fikirdən faydalandı. İndiki vaxtda işıq sürəti, xüsusi nisbilik üçün künc daşı olaraq qəbul edilir. Kosmos zamanın əksinə, işıq sürəti müşahidəçilərdən müstəqil olaraq sabitdir. Bundan əlavə, bu sabit kainat haqqında bildiklərimizin çoxuna təməl təşkil edir. İşıq sürəti eyni zamanda kütlə cazibə dalğalarının sürətinə də bərabər və məşhur düstur E = mc2'deki eyni c ilə ifadə edilir.

İşığın sürəti haqqında yalnız Maxwell və Eynşteynin sözlərinə də sahib deyilik.Elm adamları, obyektlərdən geri əks olunan lazeri ölçdülər, planetlər üzərində kütlə çəkilişin təsirlərini izlədilər və bütün bu təcrübələr də həmişə eyni dəyəri göstərdi. Bununla birlikdə kvant nəzəriyyəsinin sayəsində hekayə burda sona çatmır. Fizikanın bu budağı, kainatın əslində düşündüyümüz qədər sabit olmayacağının ipuclarını verir. Kvant sahə nəzəriyyəsi, vakumu gerçəkdə tamamilə boş olmadığını iddia edir. Boşluq sürətli bir şəkildə var olan və yox olan təməl zərrəciklərlə doludu. Bu hissəciklər kosmos boyunca elektromaqnit dalğalanmaları yaradır və hipotezə görə işıq sürətində potensial dəyişmələrə səbəb olur. Bu görüşlər üzərindəki işlər hələ davam edir və hansının doğru, hansının səhv olduğundan hələ əmin ola bilmirik. Hələlik işıq sürəti əsrlər boyunca olduğu kimi sabit qalmağa davam edir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR