Çempionlar Liqasında gecənin nəticələri
Digər
18 Oktyabr 2017 3:47

Çempionlar Liqasında gecənin nəticələri


Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti oyunlarına çıxıblar.

 

İki gün davam edəcək turun ilk günündə bütün qarşılaşmalar eyni vaxtda başlayıb. E qrupunun favoritləri “Liverpul”la “Sevilya” səfər sınağına çıxıb. Sonuncular Moskvada “Spartak”ın qonağı olub və şokla üzləşiblər. Meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. İlk qələbə arzusunda olan “Liverpul” isə qrupun autsayderi “Maribor”u topa tutub - 7:0.

 

D qrupunun lideri “Mançester Siti” əsas rəqibi “Napoli” ilə qarşılaşıb. İngiltərə klubu “ekvator xətti”nə 100 faizlik nəticə ilə çatıb - 2:1. “Şaxtyor” isə “Feyenoord”u xalsız qoyub - 2:1.

 

Azərbaycanda da kifayət qədər azarkeşi olan “Beşiktaş” isə səfərdə “Monako” ilə görüşüb. Ardıcıl iki qələbə ilə fanatlarını sevindirən Türkiyə klubu autsayderi də itkisiz keçib - 2:1.

 

İlk oyun gününün mərkəzi qarşılaşması H qrupunda baş tutub. İlk iki görüşdə qələbələri sıralayan “Real”la “Tottenhem” Madriddə görüşüb. Matçda qalib müəyyənləşməyib - 1:1.

 

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

17 oktyabr

 

E qrupu

“Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə) - 0:7

Qollar: Firmino, 4, 54, Koutinyo, 13, Salah, 19, 40, Oksleyd-Çemberleyn, 86, Aleksandr Arnolt, 90

 

“Spartak” (Rusiya) - “Sevilya” (İspaniya) - 5:1

Qollar: Promes, 18, 90, Melqarejo, 58, Qluşakov, 67, Adriano, 74 - Kyaer, 31

 

1.

Liverpul

3

1

2

0

10:3

5

2.

Spartak

3

1

2

0

7:3

5

3.

Sevilya

3

1

1

1

6:7

4

4.

Maribor

3

0

1

2

1:11

1

 

 F qrupu

“Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna) - 1:2

Qol: Berqus, 7 - Bernard, 24, 54

 

“Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:1

Qollar: Sterlinq, 9, Qabriel Jesus, 13 - Diavara, 73 (pen.)

 

1.

Mançester Siti

3

3

0

0

8:1

9

2.

Şaxtyor

3

2

0

1

4:4

6

3.

Napoli

3

1

0

2

5:5

3

4.

Feyenord

3

0

0

3

2:9

0

  

G qrupu

“Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya) - 3:2

Qollar: Orban, 8, Forsberq, 38, Avqustin, 40 - Abubakar, 18, Markano, 44

 

“Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə) - 1:2

Qollar: Falkao, 30 - Cenk, 34, 54

 

1.

Beşiktaş

3

3

0

0

7:2

9

2.

Leypziq

3

1

1

1

4:5

4

3.

Porto

3

1

0

2

6:6

3

4.

Monako

3

0

1

2

2:6

1

 

H qrupu

“Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) - 1:1

Qollar: Ronaldo, 43 (pen.) - Keyn, 28

 

APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya) - 1:1

Qollar: Pote, 62 - Sokratis, 67

 

1.

Tottenhem

3

2

1

0

7:2

7

2.

Real Madrid

3

2

1

0

7:2

7

3.

Borussiya D.

3

0

1

2

3:7

1

4.

APOEL

3

0

1

2

1:7

1

 

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR