“Payız Kolleksiyası” adlı "Kids Fashion Show" yarışı keçirilib - FOTO
Ölkə
18 Oktyabr 2017 14:54

“Payız Kolleksiyası” adlı "Kids Fashion Show" yarışı keçirilib - FOTO


"Pullman Hotels and Resorts" otelində " Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Payız Kolleksiyası" adlı Kids Fashion Show yarışması keçirilib.

Milli.Az xəbər verir ki, müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edib. "Payız Kolleksiyasına" həsr olunmuş tədbirdə 70 model və 27 modelyer iştirak edib. Modellərin 37 qız, 33 oğlan olub. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak ediblər.

Münsiflər heyəti əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, "YES Moda evi"nin rəhbəri modelyer Yeganə Sadıqova, Azərbaycanın tanınmış müğənnisi, dağıstanın xalq artisti Ədalət Şükürov, tanınmış aparıcı Afaq Gəncəli, müğənni Ceyhun Bakinskiy, stilist Anar Məmmədov, model İlqar Əliyev "Gəncə Moda Evi"nin rəhbəri Zemfira Ağayeva və rəqqasə Fatimə Fətəliyeva olub.

Tədbirin layihə rəhbəri " Star Kids Group" şirkətinin hüquqi təmsilçisi Aygün Əliyevadır.

Qızlar arasında qaliblər: 1-ci yer model Nəzrin Həsənli, 1-ci yer qalibi modelyer Mehriban Həsənova, 2-ci yer model Rəna Teymurova, 2-ci modelyer Mehriban Həsənova, 3-cü yer model Gülər Qocayeva, 3-cü yer modelyer Rüfanə Rzayeva

Oğlanlar arasında qaliblər: 1-ci yer model Raul Qazızadə, 1-ci yer qalibi modelyer Aysel Əliyeva, 2-ci yer model Ömər Əhməd, 2-ci modelyer Ramilə Qənbərova, 3-cü yer model Səhərbəy Əliyev, 3-cü yer modelyer Ayşən Həbibova

Nominasiyalar:

Miss Cazibə: Milena Aleynikova, Mister Yaraşıq: Raul Mahmudov, Miss Şarm: Ləman Bəşirzadə, Miss Təbəssüm: Aydan Məmmədzadə, Miss Tamaşaçı simpatiyası: Fatimə Məmmədova, Mister Tamaşaçı simpatiyası: Uğur Əlizadə, Şahzadə: İlahə Ağamirzəyeva, Şahzadə: Ayxan Əhmədzadə, Mister Şarm: Röyal Hacızadə, Mister Təbəssüm: Xasay İbrahimzadə

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində















































loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08