"Atletiko" ilə matçda "Qarabağ"ın baş məşqçisi Aftandil Hacıyev idi
İdman
18 Oktyabr 2017 18:04

"Atletiko" ilə matçda "Qarabağ"ın baş məşqçisi Aftandil Hacıyev idi


"Qarabağ"ın 19 yaşlılardan ibarət komandası bu gün "Azərsun Arena"da "Atletiko"lu  həmyaşıdlarını qəbul edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qonaqların qalib gəldiyi oyunda (5:1) təmsilçimizi meydana baş məşqçi Rəşad Sadıqov yox, "Qarabağ"ın əvəzedici komandasının çalışdırıcısı Aftandil Hacıyev çıxarıb.

Qeyd edək ki, Sadıqov bir neçə gün öncə verdiyi açıqlamada bildirmişdi ki, "Atletiko"nun əsas komandası ilə görüşdə start heyətində meydana çıxacağı təqdirdə  19 yaşlılardan ibarət komandanı bir oyunluq Aftandil Hacıyevə həvalə edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR