UEFA “Qarabağ”ın rəqibilə bağlı istintaqa başladı
İdman
20 Oktyabr 2017 17:03

UEFA “Qarabağ”ın rəqibilə bağlı istintaqa başladı


UEFA Çempionlar Liqasında “Qarabağ”ın da yer aldığı C qrupunun üzvü “Roma”ya irqçilik iddiaları ilə bağlı istintaq işi açıb.

Publika.az xəbər verir ki, qrupda yer alan “Çelsi” - “Roma” matçında azarkeşlərinin irqçilik etdiyi iddiası ilə qonaq komanda haqqında araşdırmaya start verilib.

UEFA-dan verilən açıqlamada çərşənbə günü “Stamford Bridge”də keçirilən və 3-3 hesabı ilə başa çatan matçda “Roma” tərəfdarlarının irqçiliyi ehtiva edən sloqanlar atdığı bildirilib.

Belə ki, italiyan tərəfdarlar qarşılaşmanın son dəqiqlərində hazırda “Çelsi”də forma geyinən keçmiş “Roma” oyunçusu Antonio Rudigerə qarşı şüarlar səsləndiriblər.

İstintaqın nəticələri 16 noyabr keçiriləcək toplantıda bəlli olacaq.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08