Bu kəndə kişilərin girişi qadağandır - FOTO
Maraqlı
20 Oktyabr 2017 23:04

Bu kəndə kişilərin girişi qadağandır - FOTO


Kenyada Umoja adlı kənddə yalnız qadınlar yaşayır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu əraziyə kişilərin girişi qadağandır.

Umojanın maraqlı hekayəsi var. Kənd 1990-cı ildə ingilis əsgərlərinin 15 qadına təcavüz etməsindən sonra yaranıb. 27 il əvvəl həmin 15 qadın tərəfindən yaradılan ərazi sonradan digər şiddət görmüş qadınların da oraya getməsi ilə genişlənib.

Yalnız qadınlardan ibarət məskənin salınması fikrini isə ilk dəfə Rebekka Lolosoli adlı qadın irəli sürüb. 

Hazırda Umojada 47 qadın və 200 uşaq var. 

Qeyd edək ki, kəndin sakinləri kənd təsərrüfatı ilə məşğul olur və əldə etdikləri məhsulları qonşu kəndlərdə sataraq dolanırlar.

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR