Marneulidə yeni icra başçısının kimliyi bilindi - İlkin nəticələr var
Dünya
22 Oktyabr 2017 12:44

Marneulidə yeni icra başçısının kimliyi bilindi - İlkin nəticələr var


Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonların icra başçısı vəzifəsinə seçkilərin ilkin nəticələri məlum olub.

Milli.Az bildirir ki, APA Gürcüstan Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, Marneuli rayonunun 89 seçki məntəqəsinin 69-u üzrə səsvermənin nəticələrinə əsasən, hakim "Gürcü Arzusu" Partiyasının namizədi Temur Abazov 70,79 faiz səs əldə edib.

Səs çoxluğuna görə ikinci yeri 17,68 faizlə müxalif "Avropalı Gürcüstan" Partiyasının namizədi Əhməd İmamquliyev tutub.

Azərbaycanlıların sıx yaşadıqları Qardabani, Bolnisi, Dmanisi rayonları üzrə də icra başçısı vəzifələrinə seçkilərin ilkin nəticələrinə əsasən, hakim partiyanın namizədləri səs çoxluğu əldə ediblər. Müvafiq olaraq Ramaz Budaqaşvili 72,54 faiz, Davit Şerazadişvili 85,59 faiz və Giorgi Tatuaşvili 77,6 faiz səslə birinci yerdədirlər. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47