Naviqasiya sistemində yaranan problemə görə Astanaya qayıdan sərnişin təyyarəsi bu gün Bakıya eniş edib
Ölkə
22 Oktyabr 2017 12:46

Naviqasiya sistemində yaranan problemə görə Astanaya qayıdan sərnişin təyyarəsi bu gün Bakıya eniş edib


Bakı. 22 oktyabr. REPORT.AZ/ Oktyabrın 21-də Astanadan Bakıya uçan, lakin naviqasiya sistemində yaranmış texniki problemlərə görə Qazaxıstan paytaxtına qayıdan sərnişin təyyarəsi yenidən Bakıya qayıdıb. 
Bu barədə "Report"a AZAL-dan xəbər verilib. 
Məlumata görə, təyyarə saat 11:00-da Bakıya eniş edib.
Qeyd edək ki, təyyarənin göyərtəsində 90 sərnişin olub.

***07:49
Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya avadanlığında yaranan problem səbəbindən Qazaxıstan paytaxtına geri qayıdıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.
"Avialayner saat 22:56-da (Bakı vaxtı ilə 20:56-da) ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər", - deyə məlumatda qeyd olunur.
Təyyarənin göyərtəsində 90 nəfər sərnişinin olduğu bildirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 noyabr

Astroloji proqnoz - 17 noyabr

17 Noyabr 2017 00:13