Messiyə ömürlük müqavilə
İdman
22 Oktyabr 2017 13:14

Messiyə ömürlük müqavilə


"Barselona" Lionel Messiyə karyerasının sonuna kimi müqavilə təklif edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə katalon klubunun direktoru Oskar Qrau danışıb.

"Messi iyunda 4 illik müqaviləyə imza atıb. Amma klub ona ömürlük müqavilə təklif edəcək. Fikrimiz budur ki, uşaqlıdan burada olan Messi klubun rəmzi olduğundan "Barselona"da sona qədər qalsın. Karyerasını bitirəndən sonra da klubla bağlarını saxlamaq istəyirik", - Qrau deyib.

Messi katalonların heyətində 8 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub. Argentinalı hücumçu 5 "Qızıl top" mükafatının da sahibidir. Onun "Barselona" ilə 2021-ci il 30 iyuna kimi müqaviləsinin olduğu qeyd edilirdi. Klub daha öncə Andres İniesta ilə ömürlük müqavilə imzalamışdı.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47