Məktəblilərin iştirakı ilə hərbi hissədə tədbir keçirilib
Ölkə
22 Oktyabr 2017 13:31

Məktəblilərin iştirakı ilə hərbi hissədə tədbir keçirilib


Bakı. 22 oktyabr. REPORT.AZ/ Xocavənd rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə hərbi hissədə tədbir keçirilib.
Müdafiə Nazirliyinədən "Report"a verilən məlumata görə, tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qonaqlara hərbi hissənin yaranması tarixi, döyüş yolu və fəaliyyəti ilə bağlı məlumat verilib, arsenaldakı silah-sursatlar nümayiş etdirilib.
Şagirdlər hərbi hissənin ərazisi, əsgər yataqxanası, tibb məntəqəsi, idman şəhərciyi, hamam-camaşırxana və əsgər yeməkxanası ilə tanış olub, hərbi qulluqçularla birgə nahar ediblər. Tədbir Xocavənd rayon Mədəniyyət evinin incəsənət ustalarının və hərbi hissənin özfəaliyyət dərnəyinin ifasında vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam edib.
Qonaqlar təşkil olunmuş tədbirə görə Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47