Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçirəcək
Dünya
22 Oktyabr 2017 13:56

Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçirəcək


Kiyev. 22 oktyabr. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Ukrayna Ali Radası qarşısında mitinq keçirəcək.
“Reportun” Ukrayna bürosunun məlumatına görə, mitinq Bakı vaxtı ilə saat 14:00 başlayacaq.
Parlament binasının qarşısında yüzə yaxın adam yığışıb. Onlar Ali Radanın qarşısındakı ərazidə çadır şəhərçiyi quran aksiyaçılara qoşulub. Mitinq iştirakçıların sayı artır.
M.Saakaşvilinin sədri olduğu “Ruxa novix sil” partiyasının nümayəndəsi İvan Slobodyanıkın sözlərinə görə, mitinq diplomatik korpus nümayəndələrinin marağına səbəb olub. Aksiyada Belçika səfiri da iştirak edəcək. Mitinqdə ölkədəki vəziyyət, hərəkət planı və hakimiyyətlə dialoq müzakirə olunacaq.
Ərazi hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb. Burada səyyar mətbəx fəaliyyət göstərir.
Xatırladaq ki, Hikmət Cavadovun başçılıq etdiyi “Ukraynadakı azərbaycanlıların birləşmiş diaspor”u M. Saakaşviliyə öz dəstəyini bildirib.
M. Saakaşvili mitinqə gəlib və çadır şəhərçyindəki etirazçılarla görüşüb. Mitinqdə 300-dək insan iştirak edir. 






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47