Köhnə pianodan xəzinə çıxdı
Digər
22 Oktyabr 2017 14:48

Köhnə pianodan xəzinə çıxdı


Böyük Britaniyanın Şropşir bölgəsində təmirə göndərilən pianonun içərisindən məharətlə gizlədilmiş çoxlu sayda qızıl tapılıb.

Publika.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, hazırda qızılların xəzinə olaraq qiymətləndirilib-qiymətləndirilməyəcəyinə və varisinin olub-olmadığına dair istintaq aparılır.

Araşdırma nəticəsində pianonun "Broadwood & Sons of London" tərəfindən istehsal edildiyi və 1906-cı ildə Esseks bölgəsindəki bir musiqi mağazasına satıldığı ortaya çıxıb. 1983-cü ilə qədər piano barədə hər hansı izə rast gəlməyən araşdırmaçılar, o tarixdə pianonu satın alan ailənin daha sonra Şropşirə gəldiyini müəyyən ediblər.

İstintaq mart ayında davam edəcək və ona qədər qızıllar barədə heç bir məlumat verilməyəcək.

Böyük Britaniya qanunlarına görə, tapılanların xəzinə hesab olunması üçün onun 300 illik tarixi olmalı və sahibi yaxud varisləri bilinməməlidir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 noyabr

Astroloji proqnoz - 21 noyabr

21 Noyabr 2017 00:13
Astroloji proqnoz - 22 noyabr

Astroloji proqnoz - 22 noyabr

22 Noyabr 2017 00:08