Mourinyo: "Uduzmağa layiq idik"
İdman
22 Oktyabr 2017 15:54

Mourinyo: "Uduzmağa layiq idik"


"Mançester Yunayted" İngiltərə Premyer Liqasında ilk məğlubiyyətini 9-cu turda alıb. "Qırmızı şeytanlar" səfərdə "Huddersfield Town"a uduzub - 1:2.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra fikirlərini bölüşən "Yunayted"in baş məşqçisi Joze Mourinyo bunları deyib:

"Qələbəni daha çox istəyən komanda buna nail oldu. Ən yaxşı tərəf qalib gələndə danışmağa bir şey yoxdur. Onlar 3 xalı hansı səbəbə bizdən çox istədiklərini bilmirəm. Jurnalistlərin önündə oyunçularımı tənqid etməyəcəm. Oyunu təhlil edib, lazım gəlsə, onları özüm tənqid edəcəm. Komandanın çıxşı məni təəccübləndirdi. Belə şeyi gözləmirdim. Oyuna aqressiyalı, intensiv, emosiya və əzmlə başlayan komanda nəticədə qalib gəldi. Ola bilər ki, ikinci hissədə daha yaxşı oynadıq və heç-heçəyə ümid edə bilərdik. Amma düzü, yenilgi ilə cəzalandırılmağı haqq edirdik".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47